İslahat aparıldı,məşhur məmur ailəsinin üzvünə

İslahat aparıldı,məşhur məmur ailəsinin üzvünə MM-də yüksək vəzifə verildi

Milli Məclisdə (MM) struktur islahatları çərçivəsində yeni Yerli icra hakimiyyətləri ilə iş şöbəsi yaradılıb.

Bakupost.az-ın  xəbərinə görə, bununla bağlı Milli Məclisin Sədri Sahibə Qafarova sərəncam imzalayıb.


Rüstəm Mahmudov yeni şöbənin müdiri təyin edilib.


R.Mahmudov buna qədər MM Aparatının Beynəlxalq əlaqələr şöbəsinin müdir müavini olub

Yeni şöbə müdiri Baş Prokurorluğun Kadrlar İdarəsinin sabiq rəisi Bəhruz Mahmudovun (indi pensiyadadır) oğludur. Qardaşı Rəşid Mahmudov Baş Prokurorluğun Daxili Təhlükəsizlik İdarəsinin rəisi vəzifəsində çalışır, Üçüncü dərəcəli Ədliyyə müşaviridir.

Babası Rəşid Mahmudov isə Zaqatala Rayon Partiya Komitəsinin birinci katibi vəzifəsində çalıb. 1988-1991-ci illərdə isə Azərbaycan Dövlət Mətbuat Komitəsinin sədri olub.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi