İşləmişəm ,Rəmiş başı aşağı gəzməsin- Gülüyə çörək vermişəm...
ARB TV-nin “Sirdaş Rövşanə” proqramının növbəti buraxılışının qonaqlarından biri də Xalq artisti Rafiq Hüseynov (Rəmiş) və yoldaşı Gülü olub.
Xalq artistinin həyat yoldaşı keçdiyi çətin dönəmlərdən danışıb:
“Elə günüm olub ki, soğanın indi kəsib atdığımız qatını saxlamışam ki, sabah başqa yeməyə vurum. Mənim də pis günlərim olub. Mənim valideynim də olmayıb. Qapılarda iş görmüşəm, dövlət işində də işləmişəm. Çalışmışam ki, heç kimə möhtac olmayım. Sabah deməsinlər ki, Gülüyə çörək vermişəm, indi qudurub yanımdan düz keçir. Hamballıq da etmişəm, amma qoymamışam ki, Rəmiş başı aşağı gəzsin”.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın