İsrail yer altında 24 min nəfərlik qəbiristanlıq salır
İsrail Qüdsdəki məzarlıq probleminə yerin altında çözüm axtarır.
AzNews.az xəbər verir ki, Türkiyənin "Habertürk" qəzetində yer alan xəbərə görə, Qüds şəhərinin qərbində Qivat Şaul məhəlləsindəki Har Hamenoxud qəbiristanlığının altındakı tunelləri genişləndirməklə inşa ediləcək 24 min məzar tutumlu məzarlığın 50 milyon dollarlıq layihəsi təsdiq edilib. Yeraltı məzarlıq layihəsi tamamlandıqda fantastik film dekorlarını xatırladan görüntülər yaradacaq.
Qat-qat yüksələcək məzarlara cənazə sahibləri xüsusi liftlərlə gedəcək. Məzar yerlərinin on minlərlə dollara alıcı tapması gözlənilir.
50 milyon dollara yaradılacaq həmin yeraltı məzarlıqdan görüntüləri təqdim edirik:
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın