İsraildə səfirlik açılması niyə ləngiyir? - AKTUAL

İsraildə səfirlik açılması niyə ləngiyir? - AKTUAL 

Bir ildir danışıqlar getməsinə baxmayaraq, Azərbaycanın İsraildə səfirlik açmaq məsələsi təəssüf ki, gecikir.

Xüsusilə, ikinci Qarabağ müharibəsində İsrailin bizə açıq şəkildə dəstək olmasından sonra, xalqımız Azərbaycanın Təl-Əvivdə səfirliyinin açılmasını istəyir.

İsrailin Azərabyacanda səfirliyi olmasına baxmayaraq, indiyə kimi bizim orada səfirliyimiz yoxdur.
Maraqlıdır, İsraildə səfirlik açılması niyə ləngiyir? İranın Azərbaycanın İsraildə səfirlik açmamasında rolu varmı?

Mövzu ilə bağlı Cebhe.info-ya açıqlama verən Milli Məclisin deputatı Razi Nurullayev hesab edir ki, müstəqilliyimizin ilk illərindən İsraildə səfirlik açmalı idik və hazırda bu məsələ 30 ildir gecikir:

“Azərbaycanın İsraildə səfirlik açmaması birbaşa İran məsələsi ilə bağlıdır və bu gün İranın Qarabağla bağlı mövqeyi, Ermənistanla əməkdaşlıq tempi və onlara münasibəti bizi qane etmir. İranda milyonlarla azərbaycanlının yaşadığını da nəzərə alaraq, İranın Ermənistana bəslədiyi münasibət xalqımızda təəssüf hissləri doğurur. İndiyə kimi İsraildə səfirliyimizin açılmamasında, İran hər zaman əsas faktor olub. İndiki vəziyyətdə isə bizim İsraildə səfirlik açmamağımız üçün qarşımızda heç bir problem qalmır.

Düşünürəm ki, Azərbaycan İsraillə əlaqələrini daha da yaxşılaşdırmaq və əməkdaşlığımızı genişləndirmək üçün səfirliyin açılması labüddür. Həmçinin, İsrail dövləti də bunu haqq etmişdir. Bu gün ərəb dövlətlərinin İsraillə qarşılıqlı səfirlik açdığını görürük, hansı ki, onlar buna 70 il müqavimət göstərmişdilər. Ona görədə Azərbaycan düşünmədən İsraildə səfirliyini açmalıdır”.

Deputat həmçinin, Türkiyə ilə münasibətlərimizin İsraildə səfirlik açılmasına mane olmadığını, hətta bunun Türkiyə üçün yeni üfüqlər aça biləcəyini bildirib:

“Azərbaycanın Qüdsdə səfirlik açacağını düşünümürəm. Əgər, Fələstin hökuməti yanlış yola düşübsə, biz niyə bu səhvi edək? Azərbaycan ABŞ-ın yolunu gedərək səfirliyini Qüdsdə açmamalıdır. Ölkəmizin belə mübahisəli məsələlərə daxil olaraq, özünü pis vəziyyətdə qoymasına ehtiyac yoxdur. Biz səfirliyimizi bütün dünyanın qəbul etdiyi və səfirliyini açdığı İsrailin paytaxtı Təl-Əvivdə açmalıyıq”.

Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev isə Cebhe.info-ya açıqlmasında bildirib ki, bu məsələ aktualdır və tezliklə Təl-Əvivdə səfirliyimizin açılması gözlənilir:

“Azərbaycanın İsraildə səfirlik açması məsələsi gündəmdədir və hesab edirəm ki, səfirlik açılacaq. Təqribən 1 ilə yaxındır danışıqlar getməsinə baxmayaraq, hələlik yekun nəticə yoxdur. Düşünürəm ki, bu məsələ tezliklə reallaşacaq, çünki İsrail bizə dost ölkədir. İsraillə yaxşı münasibətlərimiz var və orada çox sayda Azərbaycanlı yaşayır. Hesab edirəm ki, səfirliyə böyük ehtiyyac var”.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər