İsraildən Türkiyəyə diplomatik çağırış: Münasibətlər...

İsraildən Türkiyəyə diplomatik çağırış: Münasibətlər... 

Türkiyə və İsrail arasında münasibətlər yumşalarsa, bu, Suriyada əks-səda yarada bilər.

Bunu İsrailin Türkiyədəki səfiri Roey Gilad deyib.

Onun sözlərinə görə, İdlibdəki müharibə bəzi vacib geosiyasi faktları ortaya qoyub:

“Bunlardan biri İranın Suriyadakı fəaliyyətinin Türkiyənin maraqları ilə zidd olmasıdır. İranlı muzdlu əsgərlər Livan Hizbullahı başda olmaqla, İdlibdə 50-dən çox türk hərbçisinin həlak olduğu qarşıdurmalarda əsas rol oynayıb.

Türkiyə və İsrail arasındakı mövcud əlaqələrin hazırki vəziyyəti iki ölkə arasında siyasi dialoqun olmamasından qaynaqlanır. Münasibətlər yumşalarsa, bu, Suriyada əks-səda yarada bilər”./axar.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi