İstanbul hava limanında etiraz:

İstanbul hava limanında etiraz: Bələdiyyə sədri Əkrəm İmamoğlu insanları “zavallı” adlandırdı

Güclü qar İstanbul Hava Limanının işini iflic edib.

Yüzlərlə reys təxirə salınıb və sərnişinlər aeroportda, skamyaların üstündə gecələməyə məcbur olublar.

İstanbul aeroportunda Bakıya gəlmək istəyən soydaşlarımızın verdiyi məlumata görə, sərnişinlərə yemək verilməsində də problem yaranır, vaxtlı-vaxtında qida və su almaq çətinləşib.

Qeyd edilir ki, bütün problemlər İstanbul bələdiyyəsinin yarıtmaz işindən qaynaqlanır. Bələdiyyənin qartəmizləyən maşınları yoxdur və yaxud əraziyə cəlb edilməyib. İstanbul Böyük şəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu mövcud vəziyyətdən şikayət edən insanları “zavallı” adlandırmaqla kifayətlənib.

Xatırladaq ki, İstanbul Bələdiyyəsinin yarıtmaz işi nəticəsində yollarda qalan insanların ən yaxın otellərə müraciət edərək, qalması barədə hökumət çağırış edib. Bildirilib ki, otel xərclərinin hamısını dövlət qarşılayacaq.

Eyni zamanda, məscidlərin minarələrindən də yolda qalanlar məscidlərə dəvət edilir.

Hakimiyyət bələdiyyənin yolda qoyduğu insanları ötən gündən xilas etməyə başlayıb.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi