İstanbulun 7 rayonunda təkrar bələdiyyə seçkiləri keçiriləcək - Seçki Komissiyası qərar verdi

İstanbulun 7 rayonunda təkrar bələdiyyə seçkiləri keçiriləcək - Seçki Komissiyası qərar verdi 

İstanbulun 7 rayonunda təkrar bələdiyyə seçkiləri keçiriləcək.

Trend  xəbər verir ki, bu qərar hakim Ədalət və İnkişaf Partiyasının (AKP) İstanbulda ssəsvermənin nəticələrindən şikayət etməsindən sonra Türkiyə Ali Seçki Komissiyası tərəfindən qəbul edilib.

Qeyd edək ki, AKP İstanbulun bütün 39 rayonunda bələdiyyə seçkilərinin nəticələrinə etiraz edib.

Xatırladaq ki, bundan əvvəl hakim partiyanın İstanbul bölməsinin rəhbəri Bayram Şenocak İstanbulda seçkilərin nəticələrinin müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi Əkrəm İmamoğlunun xeyrinə saxtalaşdırılması ilə bağlı dəlillərə malik olduğunu bəyan edib.

Ə.İmamoğlu seçkilərdə 4,159 milyon, AKP-nin namizədi Binəli Yıldırım isə 4,131 səs qazanıb.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi