İstilik mövsümü aprelin 25-nə qədər uzadılıb –Baş nazir tapşırıq verdi

İstilik mövsümü aprelin 25-nə qədər uzadılıb –Baş nazir tapşırıq verdi 

Baş nazir Əli Əsədovun tapşırığına əsasən, istilik mövsümü uzadılıb.

Bu barədə  “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinin sədr müavini İlham Mirzəliyev bildirib.

O qeyd edib ki, Baş nazirin tapşırığına əsasən, yaşayış binaları aprelin 25-nə qədər istiliklə təmin olunacaq: “Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarına əsasən insanlar evdə olduğu üçün bu tapşırıq verilib. Hava hazırda o qədər də isti olmadığından temperatur rejimini tənzimləmək və insanların rahatlığı üçün binaların istiliklə təmin olunmasının aprelin 25-nə qədər uzadılması məqsədəuyğun hesab edilib”. 

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər