İsveç NATO-ya daxil olmaqla bağlı indidən ABŞ-dan təminat aldı

İsveç NATO-ya daxil olmaqla bağlı indidən ABŞ-dan təminat aldı 

İsveç NATO-ya daxil olmaqla bağlı indidən ABŞ hökumətinin dəstəyinə nail olub. Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə İsveçin xarici işlər naziri Ann Linde məlumat yayıb.

“Detallara qədər varmayacağam. Lakin indidən ABŞ-ın təminatını aldığımızı söyləyə bilərik”,-deyə nazir Linde amerikalı həmkarı Entoni Bilnkenlə söhbətində bildirib.

“Lakin bu, NATO-nun tamhüquqlu üzvünə çevrilmək halında təhlükəsizliyimizin konkret qorunması anlamına gəlmir”,-deyə İsveç rəsmisi sözlərinə əlavə edib. Ann Linde Entoni Blinkendən nə cür təminat aldıqlarını media nümayəndələrinə söyləyməyib.

Qeyd etmək lazımdır ki, rəsmi Moskva indidən İsveç və Finlandiyanın NATO üzvü olmaları halında Kalininqrada nüvə silahlarını və hipersəsli raketləri yerləşdirəcəyi barədə xəbərdarlıq edib.

Adı çəkilən ölkələrin bu ay ərzində müvafiq ərizələri Şimali Atlantika Alyansına təqdim eədcəkləri gözlənilir.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi