İsveçin NATO-ya üzvlüklə bağlı qərar verəcəyi tarix açıqlanıb

İsveçin NATO-ya üzvlüklə bağlı qərar verəcəyi tarix açıqlanıb 

İsveçdə hakim Sosial-Demokrat Partiyası ölkənin NATO-ya üzvlüyü ilə bağlı yekun qərarı mayın 15-də verəcək.

APA.az SVT telekanalına istinadən xəbər verir ki, bu barədə hakim partiyanın mətbuat katibi Tobias Baudin açıqlama verib.

Xatırladaq ki, Rusiyanın Ukraynaya hərbi müdaxiləsi fonunda İsveç və Finlandiya NATO-ya üzv olmaq niyyətini açıqlayıb.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi