İtaliya parlamentinin iclasında maraqlı hadisə:

İtaliya parlamentinin iclasında maraqlı hadisə: "Elisa, mənimlə evlənməyə razısan?”+ FOTO

İtaliya parlamentinin noyabrın 28-də keçirilən iclasında çıxış üçün söz alan millət vəkili Flavio Di Muro sevgilisinə evlənmə təklif edib.

Videokamera görüntülərində Elisa adlı qızın təklifə nə cavab verdiyi başa düşülmür. Lakin İtaliya mətbuatı onun evlənməyə razı olduğunu yazıb.

BBC telekanalı xəbər verir ki, LİG müxalifət partiyasının təmsilçisi olan Flavio Di Muro ölkədə baş vermiş zəlzələnin fəsadlarının aradan qaldırılması məsələsinin müzakirə olunduğu iclasda qəfildən söz alıb. “Bu gün mənim üçün çox əlamətdardır”, – deyən millət vəkili nişan üzüyünü çıxarıb və əlavə edib: “Hörmətli məclis sədri, icazə verin sizə deyil, ziyarətçi sıralarına müraciət edim. Elisa, mənimlə evlənməyə razısan?”.

Həmkarları Flavionu alqışlarla təbrik ediblər, amma spiker Roberto Fiko narazılığını bildirib: “Hörmətli deputat Di Muro, hər şeyi başa düşürəm, amma parlamentdə çıxışdan bu məqsədlə istifadə etmək çox uyğunsuzdur”, – deyə o əlavə edib.

Lakin spikerdən sonra çıxış edən qadın deputat Stefania Pezzopane təbriklərə qoşularaq bildirib ki, parlamentin iclasına “eşq möhürünün” vurulması onu olduqca məmnun edib.

Sosial mediada isə millət vəkilinin zəlzələnin fəsadları kimi ciddi məsələnin müzakirəsində evlənmə məsələsini gündəmə gətirməsi etirazlara səbəb olub. Bəzi statuslarda Di Muronun bu jestinin qanunverici orqana hörmətsizlik olduğu, İtaliya parlamentinin televiziya şousuna çevrildiyi yazılıb.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi