İtaliya sənayesini dayandırır - Koronavirusa görə
İtaliyada koronavirusla mübarizə çərçivəsində ölkənin ən vacib istehsal sahələri istisna olmaqla, qalan bütün müəssisələrin fəaliyyəti tam dayandırılacaq.
Bunu İtaliya Baş naziri Cuzeppe Konte deyib. O, yeni qaydaların sabahdan qüvvəyə minəcəyini və 3 aprelə qədər davam edəcəyini bildirib:
“Bunlar sərt tədbirlərdir, amma bizim alternativimiz yoxdur. Gərək müqavimət göstərək, çünki yalnız bu yolla özümüzü qoruya bilərik. Biz bununla İtaliyanın istehsal fəaliyyətini dayandırmırıq, sadəcə, müvəqqəti zəiflədirik. Bu asan qərar deyil”.
Konte fəaliyyəti dayandırılan müəssisələr sırasında super-marketlər, ərzaq mağazaları, bank və poçt bölmələri, eləcə də sığorta şirkətlərinin olmayacağını deyib./axar.az
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın