İtaliyada 300-dən çox şəxs saxlanıldı
İtaliya polisi ölkənin cənubunda mafiyaya qarşı irimiqyaslı əməliyyat keçirib.
Əməliyyat nəticəsində 334 nəfər saxlanılıb.
Əməliyyat “ndrangeta” mafiyasının üzvlərinə qarşı keçirilib. Həbslər, həmçinin Almaniya, İsveçrə və Bolqarıstanda keçirilib.
Ümumilikdə əməliyyatda 3 mindən çox polis iştirak edib.
Bu, 1980-ci illərin sonundan bəri İtaliyada mafiyaya qarşı keçirilmiş ən iri əməliyyat hesab olunub.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın