İxracda neft sektorunun payı yenidən artdı – İllər üzrə Statistika
Bu ilin ilk 5 ayında Azərbaycandan xarici ölkələrə 15 milyard 416 milyon 510,04 min dollar dəyərində məhsul ixrac edilib.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, ixracın 14 milyard 228 milyon 442,93 min dolları və ya 92,29%-i neft-qaz sektorunun payına düşüb.
Son 12 ilin yanvar-may aylarında ümumi ixracda neft-qaz sektorunun payı aşağıdakı kimi olub:
2011 Yanvar-may – 91,34%
2012 Yanvar-may – 93,7 %
2013 Yanvar-may – 92,61 %
2014 Yanvar-may – 93 %
2015 Yanvar-may – 85,97 %
2016 Yanvar-may – 84,77 %
2017 Yanvar-may – 87,17 %
2018 Yanvar-may – 90,74 %
2019 Yanvar-may – 90,69 %
2020 Yanvar-may – 89,65 %
2021 Yanvar-may – 87,78 %
2022 Yanvar-may – 92,29 %
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın