Jirinovski İsfəndiyar Vahabzadənin təhqirlərini "dəhşətli" adlandırıb - Azərbaycan Prezidentinə məktub göndərəcək
Özünü rusların müdafiəçisi kimi qələmə verən yəhudi Vladimir Solovyev öz Youtube kanalında keçmiş azərbaycanlı diplomat İsfəndiyar Vahabzadəni "məhkəmə"yə çəkmək qərarına gəlib.
Səbəb sonuncunun bundan öncə Azərbaycan haqqında xoşagəlməz fikirlər səsləndirən Vladimir Jirinovskinin ünvanına təhqiridir.
Vahabzadənin sözlərini şərh edən Jirinovski Rusiya Liberal Demokrat Partiyasının sədrini "donuz və eşşək" adlandıran Vahabzadənin barəsində cinayət işinin başlanmasının vacibliyini bildirib.
"Biz cinayət işinin açılması tələbilə Azərbaycan Respublikasının Prezidentinə sərt məktub göndərəcəyik. Bu təhqir dəhşətlidir. Orta əsrlərə aiddir", - Jirinovski bildirib.
Qeyd edək ki, bu yaxınlarda Jirinovski növbəti dəfə Azərbaycanın və onun rəhbərliyinin ünvanına təhqiramiz bəyanatlar səsləndirib. Bundan sonra Rusiyanın diplomatik missiyasının rəhbəri Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb və ona etiraz notası təqdim edilib./Turan.az
Bu xəbər üçün şərh yazın