Jirinovski qazax xalqını təhqir etdi: "Onlar köçəri çobandırlar" - VİDEO
LDPR lideri Vladimir Jirinovski hesab edir ki, Qazaxıstanda bugünkü hadisələrin mənşəyi SSRİ-də yatır.
Faktinfo.az haqqin.az-a istinadla xəbər verir ki, o, bu barədə “Exo Moskvı” radiostansiyasının efirində bildirib.
Jirinovski hesab edir ki, indiki iğtişaşların mənşəyini respublikanın sovet tarixində axtarmaq lazımdır. Onun fikrincə, sovet rəhbərliyi qazaxların çoxəsrlik həyat tərzini dağıdıb: “Onlar köçəridirlər, maldarlıqda mahirdirlər. Çöllərdə yaşayırdılar və şəhərlərə sürüklənirdilər. Onlar müqavimət göstərdilər, istəmədilər, amma Xruşşov qərar verdi ... ".
V.Jirinovskinin fikrincə, Qazaxıstan böhranı Nikita Xruşşovun siyasətinin nəticəsi idi: “...Xruşşovun əmri ilə bütün milli respublikalarda rəhbər kadrları yerli kadrlarla əvəz etməyə başladılar. Üstəlik, universitetlər, ilk növbədə, yalnız yerli millətin nümayəndələrini - bu halda qazaxları qəbul etməyə başladılar".
Bu xəbər üçün şərh yazın