“JİRİNOVSKİ ZORLANMIŞ ADAMDIR...” –

“JİRİNOVSKİ ZORLANMIŞ ADAMDIR...” – “Onu həbs edən zabitlə də söhbət etmişəm”

“Düşünmürəm ki, Jirinovskiyə Rusiya Federasiyasının mövqeyini bildirmək səlahiyyəti verilsin.

Lakin ona bu cür açıqlamalar vermək imkanı verilirsə, demək hakimiyyətdə olan müəyyən qüvvələr də onun bu çıxışlarında maraqlıdırlar. Bütövlükdə Jirinovskinin mövqeyi Rusiyanın fikirləri olmasa da, onun bu mövqeyini müdafiə edən və qızışdıran qüvvələrin mövcudluğu dəqiqdir”.

Bu sözləri Demokrat.az-a Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) fəxri lideri Etibar Məmmədov bildirib.

O, Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovskinin Azərbaycanla bağlı səsləndirdiyi ifadələr və İsfəndiyar Vahabzadənin ona cavab verməsi barədə danışıb:

“Jirinovski ilk dəfə deyil ki, bu cür açıqlamalar verir. O, təkcə Azərbaycanla bağlı deyil, həm də başqa dövlətlər və millətlər haqda da bu cür çıxışlar edib, təhqiramiz ifadələr səsləndirib. Jirinovski bu cür çıxışları səbəbilə mənəvi və fiziki təzyiqə məruz qalıb, Dumada döyülüb, lakin öz tərbiyəsizliyini davam etdirir. Ona görə də, ona cavab verilməli idi. Jirinovski Vahabzadənin haqqında işlətdiyi “donuz” adına da layiq idi, ancaq onunla birlikdə hansısa milləti təhqir etmək doğru addım deyildi. Ona cavab verilməsi, təhqir edilməsi düzgündür, mən də bunu müdafiə edirəm”.

Etibar Məmmədov Jirinovskinin bu cür hərəkətlərinin ilk olmadığını, hər kəsin onun həyat və fəaliyyətindən xəbərdar olduğunu da qeyd edib:

“Mən Jirinovskinin həyatını bilirəm, Türkiyədə hansı vəziyyətdə həbs olunub, onu da bilirəm. Jirinovski zorlanmış adamdır, gərək LGBT-nin üzvü olmalı idi. Onu həbs edən zabitlə də söhbət etmişəm, necə ittiham olunduğunu eşitmişəm. Onun türklərə qarşı nifrəti də zorlanmasından qaynaqlanır, amma yaxşılığı da unutmamalıdır. Onu həbsdən Arif Heydərov azad elətdirdi. Ən azından bunu unutmamalı idi. Mən də vaxtilə Jirinovskiyə, onun təhqirlərinə cavab vermişəm. Amma o, elə bir insandır ki, sonradan məktub yazıb məni qurultaya dəvət etdi. Mən də cavab məktubundan bildirdim ki, nə qədər ki o ordadır, öz mövqeyini dəyişməyib, üzr istəməyib, heç bir dialoqa girmərəm”.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi