Jurnalist binalarının sakinləri Vüqar Səfərlinin yaratdığı şirkətdən imtina edirlər

Jurnalist binalarının sakinləri Vüqar Səfərlinin yaratdığı şirkətdən imtina edirlər — ETİRAZ

Jurnalistlər üçün inşa olunan binaların sakinləri "Jurnalist Evi" MMC-dən imtina etməyə hazırlaşırlar.

Bu barədə Demokrat.az-a bina sakinləri məlumat veriblər. 


Sakinlərin sözlərinə görə, binalarda hər kvadrat metr sahə üçün 50 qəpik xidmət haqqı hesablanır. Bu isə Bakı şəhərində müəyyən edilmiş ən bahalı xidmət haqqı səviyyəsindədir. 


Onlar deyir ki, binada yaşayan sakinlərdən hər ay on mindən çox vəsait toplanılsa da, ancaq onun müqabilində heç bir xidmət göstərilmir.


"Binalarda mühafizə xidməti "yox" səviyyəsindədir. Birinci binada mühafizə kameraları quraşdırılsa da, ancaq onlar işləmir. İkinci binada isə ümumiyyətlə kamera yoxdur. Son günlər isə həm birinci, həm də ikinci binaların mərtəbələrindən velosipedlər oğurlanır. "Jurnalist Evi" MMC  “Riyad” Mühafizə Xidməti ilə müqavilə bağlasa da, ancaq oğurluq halları olan zaman mühafizə əməkdaşları məsuliyyətdən yayınırlar. Onlar bildirirlər ki, biz binanın nə həyətinə, nə də daxilinə cavabdeh deyilik", - deyə sakinlər qeyd edib.

 

Image result for Vüqar Səfərli Jurnalistlər binası


Bina sakinləri onlardan hər ay yığılan vəsaitlərin hara xərclənilməsi ilə bağlı hesabat verilmədiyini də bildiriblər. Bu səbəbdən də sakinlər bir araya gələrək, binada normal kommunal xidmətlər göstərəcək yeni MMC yaratmağı planlaşdırırlar. 


Sakinlərin sözlərinə görə, Prezidenti yanında Kütləvi informasiya vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) təsis etdiyi "Jurnalist Evi" MMC qanunsuz fəaliyyət göstərir:


"Çünki AR Mənzil Məcəlləsinin tələblərinə əsasən, çoxmərtəbəli yaşayış binalarına xidmət göstərən MMC-lər sakinlərin iştirakı və təsisçiliyi ilə yaradılmalıdır. Ancaq Vüqar Səfərli "Jurnalist Evi" MMC-ni yaradan zaman bina sakinlərinin iştirakını təmin etməyib".


Qeyd edək ki, "Jurnalist Evi" MMC jurnalistlərə verilən binalara kommunal xidmətin göstərilməsi üçün 2013-cü ildə KİVDF tərəfindən yaradılıb. 

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər