Jurnalist Qələndər Xaçınçaylı dünyasını dəyişdi

Jurnalist Qələndər Xaçınçaylı dünyasını dəyişdi 

Azərbaycanda daha bir jurnalist koronavirusdan dünyasını dəyişib.

Jurnalist Qələndər Xaçınçaylı bir qədər əvvəl müalicə aldığı xəstəxanada vəfat edib. O, bir müddət idi ki, COVID-19-dan müalicə alırdı.

Qocaman jurnalist "Həftə içi" qəzetində çalışırdı. 5 şeir kitabının müəllifidir. AYB-nin üzvü idi.

Qeyd edək ki, üç il əvvəl Qələndər Xaçınçaylı ölkə başçısının sərəncamı ilə "Tərəqqi" medalına layiq görülüb.

Allah rəhmət etsin!

Faktinfo.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi