Kadırov Türkiyədə “Dudayev parkı”nın açılmasına qəzəbləndi – “Biz də bir parka Öcalanın adını verərik...”
Rusiyanın tabeliyində olan Çeçenistan muxtariyyatının rəhbəri Ramzan KadırovKocaeli şəhərində açılan Cövhər Dudayev parkına görə Türkiyəni ittiham edib.
"Ərdoğana səslənirəm: qərarınızı verin! Cavab vermək haqqımız var. Məsələn, Öcalanın adının bir parka verilməsi düzgün olardı", - o deyib.
Ramzan Kadırov Rusiyanın Çeçenistana qarşı müharibəsi zamanı qətlə yetirilən İçkeriya - Çeçenistan Respublikasının ilk Prezidenti Dudayevi “terrorçu” adlandırıb. O, daha da uzağa gedərək Türkiyəni “terrorçuları dəstəkləməkdə” ittiham edib.
Qeyd edək ki, Kocaeli Körfəz Bələdiyyəsi tərəfindən tikintisinə 9 ay əvvəl başlanılan “Cövhər Dudayev Parkı” bir neç gün əvvəl tamamlanaraq istifadəyə verilib.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın