Kanada Ukraynaya yeni silahlar göndərəcək
Kanada Rusiyadan gələn təhlükə fonunda Ukraynaya yeni silahlar göndərmək qərarına gəlib.
Report.az UNIAN-a istinadən xəbər verir ki, bu barədə Kanadanın Baş naziri Castin Trudo bildirib.
O deyib ki, silahların tədarükü Kiyevin müraciətinə cavabdır: "Vəziyyətin ciddiliyini nəzərə alaraq ukraynalı tərəfdaşlarımızla danışıqlardan sonra mən 7,8 milyon dollar məbləğində silah-sursatın Ukraynaya verilməsini təsdiqlədim".
Ukraynaya silahların göndərilməsini Kanadanın müdafiə naziri Anita Anand da təsdiqləyib.
Kanada həmçinin Ukraynaya 500 milyon dollar məbləğində yeni kredit xətti də ayırmaq niyyətindədir.
Baş nazirin sözlərinə görə, Kanada və digər tərəfdaşların dəstəyinin məqsədi Rusiyanın gələcək təcavüzünün qarşısını almaqdır.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın