Kanadanın neft şirkəti Azərbaycanda fəaliyyətini məhdudlaşdırır –Səbəb
Azərbaycanın quruda yerləşən “Muradxanlı-Cəfərli-Zərdab” neft yataqları blokunun işlənməsi ilə məşğul olan Kanadanın “Zenith Energy” şirkəti Müqavilə Reabilitasiya Sahəsini (MRS) SOCAR-a təhvil verəcək.
“Zenith Energy”dən verilən məlumata görə, bu qərar “Zenith”in Afrikada genişmiqyaslı neft hasilatı və inkişaf imkanlarının əldə edilməsinə yönəlmiş strateji fokusunu nəzərə alınaraq verilib: “Şirkət MRS-nin təhvil vermə prosesini qısa müddətdə müəyyənləşdirəcəyini planlaşdırır. MRS təhvil verilənədək “Zenith Energy” sahəni istismar edəcək və Azərbaycanda fasiləsiz neft istehsalı fəaliyyətini davam etdirəcək”.
Şirkət MRS-i təhvil verdikdən sonra Azərbaycanda əməliyyat xərclərinin azaldılmasını gözləyir, məlumatda deyilir.
Nəticədə, “Zenith” şirkəti “Cəfərli” neft yatağında C-37 və C-30 quyularının üzərində əvvəlcədən planlaşdırdığı işləri davam etdirməyəcək.
Məlumata əsasən, MRS-i təhvil verəndən sonra “Zenit”in Azərbaycanda fəaliyyəti yalnız kəşfiyyat işləri ilə bağlı olacaq.
Hazırda müqavilə sahəsində gündəlik orta neft hasilatı 180 təşkil edir.apa.az
Bu xəbər üçün şərh yazın