Karantin rejimi yumşaldıldı, ölü sayı artdı
Pandemiyanın ən çox zərər verdiyi ölkələrdən olan İspaniyada ölənlərin sayında yenidən artım müşahidə edilib.
Səhiyyə Nazirliyi son sutka ərzində 331 nəfərin həyatını itirdiyini açıqlayıb. Bir gün əvvəl isə bu səbəblə ölənlərin sayı 288 nəfər olub.
Ümumilikdə COVİD-19 İspaniyada bugünədək 23 min 521 can alıb.
Bildirək ki, uzun müddət sonra 14 yaşdan aşağı uşaqların küçəyə çıxmasına icazə verilən ölkədə 24 saat ərzində yoluxanlar 207 min 634 nəfərdən 209 min 495 nəfərə çatıb./Yenisabah.az
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın