KASPAROV PUTİNİN ƏLEYHİNƏ MƏQALƏ YAZDI :"O, daha aqressiv xarici siyasət yürüdəcək"
Harri Kasparov“Obozrevatel”, Ukrayna, 17 mart 2020-ci il
Diplomatik dillə ifadə etsək, Putinin səlahiyyət müddətinin uzadılması müxtəlif ölkələrdə dəfələrlə təkrar olunmuş bir hadisədir. Diktator öz səlahiyyət müddətini uzatmaq üçün həmişə ona görə bəhanə tapa bilir ki, o, məhdudlaşdırılmır.
Bu, mənə hələ 15 il bundan əvvəl, siyasi fəaliyyətə başlayan zaman aydın idi. Mən hələ o vaxt deyirdim ki, Putin rejimi seçki yolu ilə dəyişməyəcək. Onun üçün seçki, bir növ, şirma və ya örtükdür, xüsusi əməliyyatdır. İstənilən qüvvələr nisbətində Putin hakimiyyətdə qalacaq.
2007-ci ildə Putinin qanunu zibil qutusuna atacağına və artıq heç bir hüquqi əsas olmadan hakimiyyətdə qalacağına nə Rusiya ictimaiyyətinin, nə də dünya liderlərinin hazır olmadığı isə başqa məsələdir. Buna görə o zaman oyuncaq Medvedevlə bağlı olan variant seçildi.
Bu gün artıq buna elə bir ehtiyac yoxdur, ona görə də lap əvvəldən, Konstitusiyaya düzəlişlər hekayəsi fırladılmağa başlayandan, bütün proseduralar yenə də kənara atıldı.
Bu, tamamilə volyuntarist bir qərardır və yenə də xüsusi əməliyyat kimi, Rusiya konstitusiyasını mütləq şəkildə qeyri-münasib edən, diqqəti yayındıran məqamlardan istifadə edilir.
Bütün bunların hamısı başlıca olanı – nəticədə Putinin ediləcək dəyişikliklərdən, dəqiq desək, konstitusiya quruluşunu ortadan qaldırmaqla öz hakimiyyətini ömürlük etmək üçün istifadə etməsini pərdələməlidir.
Mən hadisələrin bundan sonra necə inkişaf edəcəyini öncədən demək istəməzdim. Aydındır ki, ciddi insanlar 22 apreldə Rusiyada baş verəcək hadisəni bütün legitimlik mənbələrindən məhrum olmuş birinin səlahiyyət müddətinin legitim şəkildə uzadılması aktı kimi qəbul etməyəcəkdir. Daxili legitimliyini itirmiş istənilən diktator öz baxışlarını xarici dünyaya yönəldir.
O da aydındır ki, Putin aqressiv xarici siyasəti öz etibarını hakim təbəqənin gözündə qorumağın, praktiki olaraq, yeganə yolu olaraq görəcəkdir. Çünki onun ehtiyatında əhalinin və elitanın tamamilə nəzarətdən kənar olan bir diktator qarşısında qorxusundan başqa bir şey qalmayacaqdır./Tərcümə Strateq.az-ındır
Bu xəbər üçün şərh yazın