Keçmiş deputat Əli Həsənov haqqında incə mətləbə toxundu

Keçmiş deputat Əli Həsənov haqqında incə mətləbə toxundu 

Sabiq deputat Etibar Hüseynov Prezidentin keçmiş köməkçisi Əli Həsənovu sərt tənqid edib. Yenisabah.az xəbər verir ki, Etibar Hüseynov Əli Həsənovu vaxtilə şər-böhtan tirajlamaqda, “ev yıxmaq”da ittiham edib.

“Ulu Öndərin hansı arxiv fotosuna baxırsan: yanında Vasiflə, Bəylər müəllimi görürsən. Özünü Heydər və İlham Əliyevin ən sədaqətli əsgəri adlandıran Əli Həsənov ! Bəs sən hardasan? O vaxtlar kimin yanında idin? Kimlərlə foto çəkdirirdin? Heydər Əliyevlə ilk fotonun tarixi nə vaxta təsadüf edir? Bəlkə yayımlayasan, baxaq. 

Bu gün paylaşdığın statusda qeyd edirsən ki, "bəzi saytlar sənə böhtan atır"; halbuki yazılanlar tam həqiqətdir. Trolların 100 müdafiə etsə də xeyri yoxdur. Özün bu ölkədə haqqında şər-böhtan yazıb ləkələmədiyin, evini yıxmadığın adam qalmayıb. Odur ki, "qaşığına çıxandan" niyə təəccüblənirsən ki? Sitatın Sonu”, - deyə keçmiş deputat bildirib.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi