Kəmaləddin Heydərovun müavininin oğlu Londonda yeni şirkət yaratdı -

Kəmaləddin Heydərovun müavininin oğlu Londonda yeni şirkət yaratdı - FOTO

Fövqəladə Hallar nazirinin müavini Orucəli Hacıyevin oğlu Elvin Hacıyev də atasının imkanları hesabına qurduğu nəhəng biznesinin Londona yolunu açıb.

 Belə ki, nazir müavininin oğlu bu il mayın 8-də Britaniya Krallığının paytaxtında BABYLONCOMMERCE LTD-ni qeydiyyatdan keçirib.Pravda.az-ın xəbərinə görə, bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli məlumat yayıb.

“35 yaşlı Elvin Hacıyev Azərbaycanda nizamnamə kapitalı 11688495.00 AZN təşkil edən "TECHNOİL", “BABYLON AQRO”, “BABYLON-GROUP” kimi şirkətlərin, iri torpaq sahələrinin, restoranlar şəbəkəsinin (SULTANAHMET KÖFTECİ seti, GATE 25 restoran-barı, TARHUN restoranı və s.) sahibidir”, - o bildirib.

 

Qeyd: Fövqəladə hallar naziri Kəmaləddin Heydərovdur.

 Fotoları təqdim edirik



Birinci məlumatlanmaq üçün facebook səhifəmizi