"Kəndə köçüb namaza başlayacağam" - Sərdar Ortaç
Türkiyəli məşhur müğənni Sərdar Ortaç növbəti dəfə sosial media hesabındakı açıqlaması ilə diqqət çəkib.
İfaçı karyerasını bitirəcəyini və kəndə köçəcəyini etiraf edib.
"Namaza başlayayacağam, amma 60 yaşlarımda. İndi namaz qıl, axşam səhnəyə çıx, içki versinlər. Nə işə yarayar onda? Savab iş görürəm, yoxsa günah bəlli deyil. Bu həyatda məni heç nə xoşbəxt edə bilməz. Yalnız Allahın rəhməti.
Mən də kənddə məskunlaşacağam. Son, vida turumdur. Sonra əməkli olacağam"-deyə, Sərdar Ortac vurğulayıb./axsam.az
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın