Kəramət Böyükçöl:

Kəramət Böyükçöl: "Hakimiyyət dəyişmək istəyirsinizsə, bunu yazıçıdan gözləməyin, gedin, yığılın, deyin, ay hökumət, biz səni istəmirik"

"Bəzi adamlar məndən ardıcıl siyasi mübarizə gözləyir. Guya mənim işim-gücüm hakimiyyəti söymək, müxalifəti tərifləmək olmalıdır".

Faktinfo.az bildirir ki,bu fikirləri  gənc yazar Kəramət Böyükçöl  "facebook" da yazıb.

 

"Xeyr. Etiraf edirəm ki, mən bunu bacara bilmərəm. Çünki duxum çatmır. Çünki bu hakimiyyətlə mübarizə aparmaq üçün gərək yetimxana uşağı olasan. Yəni nə atan ola, nə anan, nə bacın, nə qardaşın, nə də övladların olsun. Adamın hər yerindən iynə soxurlar", - deyə, Böyükçöl əlavə edib.

 

Yazar qeyd edib ki, o, ədəbiyyat adamıdır: "Və həqiqətən, dovşan kimi qorxağam. İki övladım var. İstədiyim, çalışıb-vuruşduğum odur ki, əgər mən doğrudan da, yazıçıyamsa, camaat mənim kitabımı oxusun və mən öz yazdıqlarımdan pul qazana bilim. Gücümsə ona çatır ki, yaltaq olmayım, vəssalam. Siz mənim kitabımı alıb oxumasanız, mən çox əlacsız qalacam. Ya intihar etməliyəm, ya da mədhiyyələr yazmalıyam, hökumət saytlarında polis özbaşınalığına haqq qazandırmalıyam".

 

"Hakimiyyət dəyişmək istəyirsinizsə, bunu yazıçıdan gözləməyin, gedin, yığılın, deyin, ay hökumət, biz səni istəmirik. Yığıla bilmirsiniz, oturub komputerin arxasında toyuq dalı güdən kimi gözləyirsiniz ki, görüm kim hökuməti müdafiə edəcək, onun var-yoxun söyüm. Qardaş, bacarmaq mümkün deyil, ya öz-özünə Azər Həsrət olacaqsan, ya da tutub aparıb təpənə iki şapalaq qoyacaqlar, basacaqlar içəri, çıxıb acığa Eynulla olacaqsan. Guya mən tutulsam, camaat ayağa qalxacaq? Hərə bir-iki status yazıb unudacaq, sonra keçəcəklər Aynişanın blokuna. Yazıçıyam, vəssalam. Vətəndaş mövqeyim ortadadı, vəssalam. Kitabımı oxuyun, görün nə yazmışam da, ta başqa nə edim?", - K.Böyükçöl vurğulayıb.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi