Kılıçdaroğlu danışdı, azərbaycanlı fatehi misal çəkdi

Kılıçdaroğlu danışdı, azərbaycanlı fatehi misal çəkdi 

ABŞ lideri Donald Trampın hazırladığı "Əsrin müqaviləsi" xaç yürüşlərinin bənzəridir.

Bu sözləri CHP sədri Kamal Kılıçdaroğlu deyib.

"Qüdsün ortasına bir bomba qoyulub. Partlayışın təsirini azaltmaq hamımızın borcudur. Min il əvvəl xaçlıların Qüdsü işğal edərkən həyata keçirdikləri aktlar bugünkü ilə eynidir. Amma Səlahəddin Əyyubi onlardan fərqli olaraq, Qüdsü işğaldan azad edərkən xristianlara toxunmadı, onları bağışladı", - Kılıçdaroğlu bildirib.

Qeyd edək ki, Qüds fatehi Səlahəddin Əyyubinin Azərbaycan əsilli olduğu bildirilir./Axar.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi