Kılıçdaroğlu şokda: İmamoğlunun bu hərəkəti hər kəsi qəzəbləndirdi

Kılıçdaroğlu şokda: İmamoğlunun bu hərəkəti hər kəsi qəzəbləndirdi 

İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun Elazığdakı zəlzələ zamanı dağa tətilə getməsi CHP lideri Kamal Kılıçdaroğlunu şoka salıb.

Bu iddia ilə Türkiyənin "Habertürk" nəşrinin yazarı Sevilay Yılman çıxış edib.

Türkiyə zəlzələnin yaralarını sarımağa çalışarkən İstanbul meri İmamoğlunun Palandökəndə xizək sürməyə getməsi gündəmdən düşmür.

Yazar İmamoğlunun bu addımının Kılıçdaroğlunun qəzəbləndirdiyini vurğulayıb:"Bunu bilirəm. Əkrəm bəy əvvəlcə Elazığa, sonra bu yolla Ərzuruma gedir. O, partiyada və Kamal Kılıçdaroğlunun şəxsində özünə qarşı qəzəb yaratdı. Görüşdüyüm və danışdığım bütün CHP-çi mənbələr Kamal bəyin sarsıldığını söylədi. Bundan əlavə, Kamal bəyin işçiləri Əkrəm bəyə bunun düz olmadığını söylədi. İnsanlar orada ölürlər. Dağıntılar altında işlər aparılır. Belə vəziyyətdə onun dağa tətilə getməsi və bunu sosial şəbəkə üzərindən də bildirməsi doğru deyil".

Qeyd edək ki, bundan öncə Ə.İmamoğlunun bu ərəfələrdə tətildə olarkən vətəndaşlarla çəkdirdiyi fotoları sosial media hesabından paylaşması birmənalı qarşılanmayıb.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi