Kim Çen İn hamama gedən məmuru güllələtdirdi — SƏBƏB
Şimali Koreyanın başçısı Kim Çen İn Çinə səfər edən ticarət nazirliyinin yüksək vəzifəli şəxsi koronavirüs şübhəsi ilə karantinə alınmasına dair əmr imzalayıb.
Kim Çen İn əmrini pozan vəzifəli şəxs karantində ola-ola hamama getdiyi üçün onu həbs etdirib.
Məhkəmənin qərarı ilə Kim Çen İnin əmrini pozan məmur dünən güllələnərək öldürülüb.
Qeyd edək ki, Koreya İşçi Partiyası Mərkəzi Komitəsi tərəfindən ölkədə Fövqəladə Epidemiya Qərargahı yaradılıb. Anti-epidemiya intizamına riayət etməyən şəxslərin həbs olunaraq güllələnəcəyi açıqlanıb. Artıq ölkənin mərkəzi, əyalət, şəhər və mahallarında təcili epidemiya əleyhinə qərargahlar yaradılıb.
Məqsəd, dövlətin təhlükəsizliyi və insanları yeni koronavirus infeksiyasını yoxlamaqdan qorumaqdır. Sürətlə yayılan virusun öhdəsindən gəlmək üçün tam hazırlıq görməkdir.(unikal.org)
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın