Kiyev qanadlı raketlərlə vurulur
Ukraynanın paytaxtı Kiyev şəhərindəki strateji obyektlərə qanadlı və ballistik raketlər atılır.
Bu barədə daxili işlər nazirinin müşaviri Anton Geraşenko deyib.
Onun sözlərinə görə, Kiyev və Xarkova raketlər atılıb.
“Hücum başlandı. İndicə Kiyev və Xarkovdakı hərbi mərkəzə raket zərbələri oldu. Sərhəddə artilleriya atışları gedir. Bu gündən dünyada yeni geosiyasi reallıq yaranıdı. Ya Ukrayna, ya da dünya yeni Hitleri dayandıracaq”, - Geraşenko bildirib.
Bundan başqa, Kiyevin Borispol hava limanı yaxınlığında partlayış səsləri eşidilir.
***
Borispol şəhərinin meri Vladimir Borisenko bildirib ki, Kiyev yaxınlığındakı partlayışlar səsləri hava hücumundan müdafiə vasitələrinin PUA-lara qarşı zərbələri idi.
“Rahat olun. Bunu bizim ordu edir. Hər şey nəzarət altındadır”, - Borisenko bildirib./Axar.az
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın