“Kiyevin bombalanmasına səs verməmişəm” - Rusiyalı deputat

“Kiyevin bombalanmasına səs verməmişəm” - Rusiyalı deputat 

“Hesab edirəm ki, müharibə dərhal dayandırılmalıdır”.

AzPolitika.info xəbər verir ki, bunu Rusiya parlamentinin üzvü, Kommunist Partiyasından olan deputat Mixail Matveyev deyib.

Deputat bildirib ki, o, Dumada keçirilən səsvermədə sülhə səs verib, müharibəyə yox: “”Dnr” və “lnr”-in müstəqilliyinə səs verərkən, mən müharibəyə yox, sülhə səs vermişəm. Ondan ötrü ki, Rusiya qalxan kimi çıxış etsin və Donbassı bombalamasınlar. Ondan ötrü yox ki, Kiyevi bombalasınlar”.

Dumanın digər üzvü Oleq Smolin isə Ukraynaya qarşı genişmiqyaslı hərbi müdaxilə barədə məlumatı eşidəndə ciddi sarsıntı keçirdiyini bildirib.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi