Köçəryanın arvadı Qarabağda gəzdi - FOTO
Təcavüzkar Ermənistanın terrorçu eks-prezidenti Robert Köçəryanın həyat yoldaşı Bella Köçəryan Azərbaycanın işğal altındakı torpaqlarına gəlib.
İşğalçı ölkə saytlarının yaydığı məlumata görə, bu haqda B.Köçəryan özünün “Facebook” səhifəsində bəhs edib.
İti ilə birgə torpaqlarımızın görməli yerlərini gəzən B.Köçəryan Qarabağ üçün darıxdığını və yenidən buraya gəldiyini yazıb. O, 2040 yaşı olduğu iddia edilən və koğuşuna 100-dən artıq adam yerləşə bilən nəhəng qoca çinarın yanında da foto çəkdirib. Həmin çinar Xocavənd rayonunun işğal altındakı "Sxtoraşen" adlandırılmış Şıx Dursun kəndində yerləşir...
Xatırladaq ki, İrəvanda 1 mart 2008-ci il olayları və korrupsiya hallarıya bağlı 2018-ci ilin yayından fasilələrlə həbsdə olan Xocalı soyqırımının fəal iştirakçılarından biri Robet Köçəryan 2020-ci il iyunun 19-da məhkəmənin qərarı ilə 4,2 milyon dollarlıq girov müqabilində azadlığa buraxılıb. Arvadı Bella Köçəryan onun həbsdən azad olunmasıyla bağlı 2019-cu ilin oktyabrında İrəvanda səfərdə olan Rusiya prezidenti V.Putinlə görüşüb.../Moderator.az
Bu xəbər üçün şərh yazın