"Köhnə binalar sökülməsin, sığınacaq yerimizdir"
Əməkdar artist Sevda Ələkbərzadə köhnə binaların sökülməsinə qarşı çıxıb.
Pravda.az xəbər verir ki, müğənni bununla bağlı sosial şəbəkədə paylaşım edib. O bildirib ki, köhnə tikililər yenilərdən daha möhkəmdir:
"Məncə bizim köhnə binalar heç sökülməsin, yenə sığınacaq bir yer var. Daşı daş, sementi sement, divarın qalınlığına söz ola bilməz, bünövrəsi bünövrə. İllərlə tikilən binalardır, bir günə yox".
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın