Kompazisiya,yoxsa? ..

Kompazisiya,yoxsa? .. 

T.Kərimovun “kral” adlandırılıb, Şimali Koreya diktatoru ilə eyniləşdirilməsi onu dəhşət qıcıqlandırıb.

Ötən həftə Salyan Rayon İcra Hakimiyyətinin başçısı Tahir Kərimovun sosial şəbəkələrdə yayılan fotoşəkli icra başçısını ciddi qınaq obyektinə çevirdi, onun kimliyini müəyyənləşdirdi.

Faktinfo.az saytına məlumat verən şəxsin bildirdiyinə görə mətbuatda T.Kərimovun “kral” adlandırılıb, Şimali Koreya diktatoru ilə eyniləşdirilməsi onu dəhşət qıcıqlandırıb. Onun bu hərəkətinə yuxarı dairələrdən irad bildirilməsi isə başçını lap hövsələdən çıxarıb. O, yenə səhv edərək baş verən olayın günahkarlarını qıraqda axtarmağa başlayıb, aidiyyatı üzrə bir neçə vəzifəli şəxsi onu çıxılmaz vəziyyətə saldıqlarına görə kəskin danlayıb. 

Yəni ,Tahir Kərimov hələ də anlamayıb ki, belə kompazisiyanın təşkili rayon tədbirlərində yaş həddinə uyğun olan məktəblilər, həmçinin sənət adamları üçün keçərlidir.Ancaq rayon icra hakimiyyəti başçısı üçün qəbulolunmazdır. Onun məlum fotoşəkildə davranışı başqa mənanı verir. Yəni, Tahir Kərimovu tanımayan istənilən xarici vətəndaş belə zənn edə bilər ki, həmin mənzərə kompazisiya deyil, insanlığın alçaldılması, özünə vurğunluğun göstəricisidir, təzim etdirməkdir ki,bu da diktatorlara, çarlara, şahlara məxsus davranış kodeksidir.

 Belə davranış təfəkkürdən qaynaqlanan problemdir.Tahir Kərimov hərəkətinə bəraət qazandırmaq üçün “bu bir kompazisiya idi”- deyəndə yanıldı. O, çıxılmaz vəziyyətdə bununla özünə hardasa bəraət qazandırmaq istədi ki, buda başa düşüləndir. Amma yaxşı olardı ki, Tahir Kərimova gül bayramında məlum “kompazisiya” məsləhət bilinəndə düşünə, bunu naturadan şəkil çəkməklə və yaxud öz yanından gül bayramına aid bir rəsm çəkməklə əvəzləyəydi, deyilənə baxmayaydı. 

Deyilənə görə, onun rəsm çəkmək bacarıgı var.Onda olardı kompazisiya...Salyanda narazılıq səslərinin eşidildiyi, T.Kərimovun fəaliyyətinin bir mənalı olmadığı bir vaxtda gərək o, bir bloggerin “ideyasına” tuş gəlməyəydi, məktəblilərin gül çələnginin altından keçməklə müşayət olunan “fotoşəklin” ağrısını çəkməyəydi.

Fuad İsgəndərov

Faktinfo.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi