Könül Nurullayeva 2021-ci ildə ilk görüşünü keçirdi-

Könül Nurullayeva 2021-ci ildə ilk görüşünü keçirdi- 34 şəxsin müraciəti nəzarətə götürüldü

Milli Məclisin deputatı Könül Nurullayeva Nizami rayonu sakinlərindən Deputat Qərargahına daxil olan müraciətlər əsasında 2021-ci ildə ilk qəbulu həyata keçirib.

Faktinfo.az xəbər verir ki, həftə ərzində, ümumilikdə, 53 nəfərin birbaşa, telefon vasitəsi ilə və sosial şəbəkələr üzərindən müraciətlərinə baxılıb, 19 nəfərin müraciəti isə xüsusi karantin qaydalarına uyğun olaraq onlayn formatda keçirilən görüş zamanı dinlənilib. Müvafiq qurumlara təqdim etmək məqsədilə digər 34 şəxsin müraciəti isə nəzarətə götürülüb.

K.Nurullayevanın Deputat Qərargahından verilən məlumata görə, bu görüş 2021-ci ildə nəzərdə tutulan ilk onlayn qəbuldur. Görüşlər mütəmadi qaydada davam edəcək. Növbəti görüş 2021-ci il yanvarın 22-nə planlaşdırılır.

Könül Nurullayeva 2021-ci ildə ilk görüşünü keçirdi-
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər