Könül Nurullayeva AŞPA-da “Müxtəlifliyin və inklüzivliyin təşviqində siyasi partiyaların rolu” mövzusunda təkliflərini irəli sürüb

Könül Nurullayeva AŞPA-da “Müxtəlifliyin və inklüzivliyin təşviqində siyasi partiyaların rolu” mövzusunda təkliflərini irəli sürüb 

“Müxtəliflik və inklüzivlik üzrə dialoq son bir neçə il ərzində əhəmiyyətli dərəcədə artıb və bu mövzu artıq gündəlik həyatımızın əsas mövzularından ərkəzlərindən birinə çevrilib.

 Cəmiyyətlərimiz daha da müxtəlif olmağa davam etdikcə, hər kəsin uğur qazanmasına imkan verən hörmət və iqtisadi imkanlara malik olması təmin edildiyi üçün inklüziv cəmiyyət yaratmaq istiqamətində işləmək daha da asanlaşır”.

Bunu Milli Məclisin deputatı Könül Nurullayeva AŞPA-nın yay sessiyası çərçivəsində “Müxtəlifliyin və inklüzivliyin təşviqində siyasi partiyaların rolu: irqçi olmayan cəmiyyət üçün yeni Xartiya” mövzusuna həsr olunmuş müzakirələrdə irəli sürdüyü təkliflər planında qeyd edib. 

O, diqqəti Azərbaycan təcrübəsinə yönəldib. Bildirib ki, Azərbaycan dünyanın ən tolerant ölkələrindən biri kimi hər zaman nümunə kimi göstərilir: “Azərbaycanda müxtəlif dinlərin və xalqların nümayəndələri qarşılıqlı hörmət və anlaşma şəraitində yaşayır və Azərbaycan parlamentində müxtəlif siyasi partiyaları təmsil edirlər. Bundan başqa, ölkəmizdə mövcud dini konfessiyaların dəstəklənməsi, mənəvi dəyərlərin qorunması, o cümlədən bu sahəyə dövlət dəstəyinin gücləndirilməsi məqsədilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nəzdində Mənəvi Dəyərlərin Təbliği Fondu fəaliyyət göstərir.”

Deputat təkliflər irəli sürərək vurğulayıb: “İlk olaraq, siyasi partiyaların öz təşkilatlarında müxtəlif səslərə yer ayırması və daha inklüziv qərar qəbul etmə təcrübəsi üçün hüquqi baza yaradılması daha məqsədəuyğun olardı. Bu cür mexanizmlər olduqca əhəmiyyətlidir, çünki siyasi partiyalar ictimai maraqların təmsil olunmasında, siyasi gündəmlərin formalaşdırılmasında və hökumət siyasətinin işlənib hazırlanmasında mühüm rol oynayırlar. Bu cür hüquqi bazanın yaradılması həm də siyasi partiyalara daha çox dəstək və vətəndaş etimadı qazanmağa kömək edə bilər.”

K.Nurullayeva həmçinin ənənəvi olaraq təcrid olunmuş və ya kifayət qədər təmsil olunmayan icmaların inklüzivliyini artırmaqda siyasi partiyalara kömək etmək üçün xüsusi yardım qruplarının yaradılmasını da təklif edib. Bildirib ki, bu cür qruplar partiyaları müxtəlif irqlərdən olan yeni seçiciləri cəlb etməyə və həmin seçicilər adından danışmaq, hərəkət etməyə imkan verən etibarlı vasitələrlə təmin edə bilər.

Faktinfo.az


Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər