Könül Nurullayeva AŞPA-nın Gender bərabərliyi alt komitəsinin sədr müavini seçildi
Faktinfo.az xəbər verir ki,Milli Məclisin deputatı Könül Nurullayeva Avropa Şurası Parlament Assambleyasının Gender bərabərliyi alt komitəsinin iclasında sözügedən alt komitənin sədr müavini vəzifəsinə seçilib.
Qeyd edək ki, Gender bərabərliyi alt komitəsi nifrət nitqi, irqçilik və dözümsüzlük məsələləri ilə mübarizə məqsədilə yaradılıb. "Cinsi və reproduktiv sağlamlıq və hüquqlara dair innovativ yanaşmalar", "Münaqişə ilə bağlı cinsi zorakılıq", "Qadınlara və qızlara qarşı gender əsaslı zorakılığın dayandırılmasında kişi və oğlanların rolu", "Evlilik əsarətinin həlli yollarının tapılması" və "İqtisadiyyatda qadınlar: məşğulluq, sahibkarlıq və gender büdcəsi" kimi məsələlər alt komitənin gündəliyində olan mövzular sırasındadır.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın