Könül Nurullayeva: “Azərbaycan faşizmlə mübarizə aparır, Ermənistan isə neofaşizmi təbliğ edir”

Könül Nurullayeva: “Azərbaycan faşizmlə mübarizə aparır, Ermənistan isə neofaşizmi təbliğ edir” 

Azərbaycanlıların və Azərbaycan neftinin 76 il əvvəl faşizm üzərində qələbənin əldə olunmasında əvəzsiz rolu var.

Faktinfo.az xəbər verir ki,bu sözləti deputat Könül Nurullayeva deyib.Deputat qeyd edib ki,o zaman müharibəyə yollanan 600 mindən çox azərbaycanlının yarıdan çoxu qəhrəmancasına həlak olub. 170 mindən çox soydaşımız orden-medallarla təltif olunub. Sovet İttifaqı Qəhrəmanı adına layiq görülən qəhrəmanlarımızın şücaəti əsl qəhrəmanlıq nümunəsi kimi bütün post-sovet məkanında yayılıb. Azərbaycanlı çağırışçı və könüllülərdən formalaşdırılan 77-ci, 223-cü, 336-cı, 402-ci və 416-cı milli atıcı diviziyalarının Qafqazdan Berlinədək şanlı döyüş yolu olub. O dövrdə soydaşlarımız üçün hər şey cəbhə və qələbə üçün idi. Bu, Azərbaycan xalqının vətənpərvər xarakterinin dünyaya təqdimatıdır.

Ulu öndər Heydər Əliyev müharibə veteranlarını hər zaman “Xalqımızın qızıl fondu” adlandırırdı. Bu şəxslərə ən yüksək səviyyədə dövlət qayğısı göstərilir. İstər dövlətin, istərsə də cəmiyyətimizin bu şəxslərə xüsusi münasibəti, ehtiramı var.

76 il əvvəl qəhrəmanlıq nümunəsi göstərən azərbaycanlıların davamçıları 30 illik işğalın aradan qaldırılmasında da eyni şücaəti göstərdilər. 76 il əvvəl faşizm üzərində qələbə çalan babalarımızın qəhrəmanlıq irsinin davamçıları 44 günlük Vətən müharibəsində erməni faşizminin başını əzdi. Ərazi bütövlüyümüzü bərpa etdi. Bu il 9 may Qələbə günü tam fərqli ab-havada qeyd olunur. Biz qələbəni öz gücümüzlə, öz iradəmizlə əldə etmişik. Yeni nəsillər isə bu qələbəni qoruyub-saxlamalı, qəhrəmanlıq irsini layiqli şəkildə davam etdirməlidirlər.

Azərbaycanın bütün dövrlərdə faşizmə münasibəti eyni olub. Lakin təəssüf ki, MDB məkanında, xüsusən Ermənistanda faşistlərin qəhrəmanlaşdırılması faktı var. Prezident İlham Əliyev dəfələrlə beynəlxalq platformalarda bu barədə bəyan edib. İrəvanın mərkəzində faşist cəlladı və satqın, Qaregin Njde ləqəbi ilə alman faşistlərinə xidmət etmiş Qaregin Ter-Arutyunyana heykəl qoyan Ermənistanın bu davranışı neofaşizm ideologiyasının təbliğidir. Çünki Njdenin əsas şüarı belə idi: “Almaniya uğrunda həlak olan Ermənistan uğrunda həlak olur”. Prezident İlham Əliyevin də söylədiyi kimi, MDB məkanında faşizmin qəhrəmanlıq kimi qələmə verilməsinə yer yoxdur.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər