Könül Nurullayeva Konyaya səfəri çərçivəsində bir neçə mühüm tədbirdə iştirak edib - FOTOLAR
İslam Həmrəyliyi İdman Federasiyasının (İHİF) İcraiyyə komitəsinin və Koordinasiya komissiyasının üzvü olan deputat Könül Nurullayeva 5-ci İslam Həmrəyliyi Oyunları ilə əlaqədar Konya şəhərinə səfər edib.
Oyunlarda iştirak edəcək Azərbaycan nümayəndə heyəti ilə birgə Konyaya yollanan millət vəkili bütün idmançılarımıza uğurlar arzulayıb.
Həmçinin K. Nurullayeva Konyaya səfəri çərçivəsində İHİF-in Baş Assambleyasının iclasında iştirak edib. İHİF-in Prezidenti Şahzadə Əbdüləziz Al-Saud, İHİF-in İcraiyyə Komitəsinin üzvləri, qardaş Türkiyənin Gənclər və İdman Nazirliyinin rəsmiləri, həmçinin 50-dən çox ölkənin Milli Olimpiya Komitələrinin prezidentləri və baş katiblərinin iştirakı ilə keçirilən iclas ərzində İHİF İdarə Heyətinin və Konya 2021 İslam Həmrəyliyi Oyunlarının direktorunun hesabatları, həmçinin İHİF-ə həsr edilmiş qısametrajlı film təqdim edilib. Əlavə olaraq, İHİF Əsasnaməsi üçün təklif edilmiş düzəlişlər və növbəti iclasın keçirilmə tarixi kimi məsələlər müzakirə olunub.
Həmçinin Könül Nurullayeva İHİF-in Əsasnaməsinə edilən dəyişiklərlə əlaqədar təşkilata üzv ölkələrin nümayəndələrinin iştirakı ilə baş tutan müzakirələrdə də iştirak edib. Tədbir zamanı iştirakçılar tərəfindən geniş fikir mübadiləsi aparılıb və K. Nurullayeva da Əsasnaməyə olunan dəyişikliklərlə bağlı öz təkliflərini irəli sürüb.
Eyni zamanda Könül Nurullayeva Konya Böyükşəhər Bələdiyyəsinin sədri Uğur İbrahim Altay və İHİF İdarə Heyətinin Nəzarət və Koordinasiya Komissiyasının bəzi dəyərli üzvləri ilə birlikdə 5-ci İslam Həmrəyliyi Oyunlarının Açılış Mərasiminin məşqində iştirak edib. Yarışların keçirilməsi üçün peşəkar və yüksək səviyyəli hazırlığa görə Türkiyə tərəfini təbrik edən K. Nurullayeva bir daha bütün idmançılara uğurlar arzulayıb.
Faktinfo.az
Bu xəbər üçün şərh yazın