Könül Nurullayeva məktəblərə ziyarətlərini davam etdirir

Könül Nurullayeva məktəblərə ziyarətlərini davam etdirir - FOTOLAR

24 saylı Nizami birinci seçki dairəsi üzrə Milli Məclisin deputatı Könül Nurullayeva paytaxtın Nizami rayonunda yerləşən məktəblərə ziyarətlərini davam etdirir.

Belə ki, K.Nurullayeva ziyarətləri çərçivəsində 3 saylı məktəbə, 201 və 227 saylı tam orta məktəbə baş çəkərək, məktəb direktorları Nüşabə Heydərova, Afaq Əliyeva və Sevinc Hüseynova ilə görüşüb. Millət vəkili şagird və müəllim heyətinin qayğıları maraqlanıb, onların iş fəaliyyəti ilə yaxından tanış olub.

Görüş zamanı K.Nurullayeva vurğulayıb ki, rayonumuzda yerləşən məktəblər hər zaman öz uğurlarına, təlim və tədrisin keyfiyyətinə görə ölkə səviyyəsində seçilmişdir. Rayon məktəbləri özünəməxsus xüsusiyyətləri, təlim və təhsildə qazandığı uğurlarla hər zaman nümunəvi təhsil müəssisələri kimi diqqəti cəlb etmişdir. Millət vəkili həmçinin əlavə edib ki, hər bir ümumi təhsil müəssisəsi öz ənənələrini daim qorumalı, inkişafa istiqamətlənmiş tədbirlər həyata keçirilməlidir. Məktəb direktorları da öz növbəsində rayon məktəblərində fundamental və tətbiqi biliklərin tədris olunduğunu, zehni inkişafa dəstək olan bilik yarışların keçirildiyi bildiriblər. Eyni zamanda şagirdlərin ölkədaxili və beynəlxalq olimpiadalarda uğurlu iştirak etdiyindən, nüfuzlu ali məktəblərdə təhsil almasından bəhs ediblər.

Sonda isə Milli Məclisin deputatı Könül Nurullayeva məktəblərin rəhbərliyinə və müəllim heyətinə xoş qarşılamaya görə minnətdarlığını çatdırıb, məsul fəaliyyətində onlara yeni-yeni nailiyyətlər arzu edib.

Faktinfo.az

Könül Nurullayeva məktəblərə ziyarətlərini davam etdirirKönül Nurullayeva məktəblərə ziyarətlərini davam etdirirKönül Nurullayeva məktəblərə ziyarətlərini davam etdirir
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi