Könül Nurullayeva növbəti səyyar qəbulunu keçirib

Könül Nurullayeva növbəti səyyar qəbulunu keçirib - FOTOLAR

24 saylı Nizami birinci seçki dairəsi üzrə Milli Məclisin deputatı Könül Nurullayevanın seçiciləri ilə keçirdiyi səyyar görüşlər mütəmadi olaraq davam edir.

Belə ki, K.Nurullayeva budəfəki səyyar qəbulu zamanı Cəmşid Naxçıvanski 65A, 67 və 69 saylı məhəllələrdə yaşayan Nizami rayon sakinləri ilə görüş keçirib, onların rastlaşdığı gündəlik çətinliklər ilə maraqlanıb. Sakinləri narahat edən problemlərin aidiyyəti üzrə müvafiq qurumlara ünvanlanması üçün qeydiyyat aparılıb, bu və ya digər məsələlər ilə bağlı verdikləri suallar ətraflı cavablandırılıb, problemlərin həll olunması istiqamətində mövcud prosedur qaydaları izah edilib. 

Millət vəkilinin qərargahından Faktinfo.az saytına verilən məlumata görə, qaldırılan məsələlər əsasən vətəndaşın ünvanlı dövlət sosial yardımını almaqla bağlı yaşadığı çətinlik, işlə təmin olunma, məhəllədəki ağaclara aqrotexniki qulluğun göstərilməsi, binanın zirzəmisinə axıdılmış kanalizasiya sularının təmizlənməsi, ordakı elektrik naqillərinin yenidən quraşdırılması və s. bu kimi məsələlərlə bağlı olub. Səyyar görüş sonunda sakinlər tərəfindən qaldırılan məsələlərə dair araşdırmanın aparılacağı və onların həlli istiqamətində müvafiq addımların atılacağı seçicilərin diqqətinə çatdırılıb.

Könül Nurullayeva növbəti səyyar qəbulunu keçiribKönül Nurullayeva növbəti səyyar qəbulunu keçiribKönül Nurullayeva növbəti səyyar qəbulunu keçirib
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi