Könül Nurullayeva növbəti vətəndaş qəbulunu keçirib - FOTO
24 saylı seçki dairəsi üzrə Milli Məclisin deputatı Könül Nurullayeva həftə ərzində Nizami rayon sakinləri, o cümlədən Azərbaycanın digər bölgələrində yaşayan vətəndaşlar tərəfindən ünvanlanmış müraciətlərə əsasən növbəti vətəndaş qəbulunu keçirib.
Görüşdə millət vəkili vətəndaşları fərdi formada dinləyib, müxtəlif mövzularda onları narahat edən problemləri qeydiyyata götürüb.
Deputat qərargahından Faktinfo.az-a verilən məlumata əsasən, görüş zamanı qəbul iştirakçıları tərəfindən səsləndirilən əsas məsələlər sırasında aztəminatlı ailələrin qarşılaşdığı məişət problemləri, vətəndaşların məşğulluq probleminin aradan qaldırılması və əlillik pensiyalarının kəsilmə səbəblərinin araşdırılması və s. bu kimi mühüm məsələlər yer almışdır. Qəbulun sonunda deputat K.Nurullayeva görüş iştirakçılarına bildirib ki, qeydiyyata götürülmüş müraciətlər ən yaxın zamanda aidiyyəti üzrə müvafıq qurumlara ünvanlanacaq, məsələlərin həlli istiqamətində lazımi addımlar atılacaqdır.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın