Könül Nurullayeva Parlamentlərarası Birliyin müzakirələrində ölkəmizi təmsil edib - FOTOLAR
Millət vəkili Könül Nurullayeva Parlamentlərarası Birliyin deputatların gender bərabərliyinin təşviq edilməsində rolu və Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Konvensiyanın praktik cəhətdən tətbiq olunmasına dair onlayn müzakirələrdə iştirak edib.
Faktinfo.az xəbər verir ki,Milli Məclisin deputatı sessiyadakı çıxışı zamanı ölkəmizin bu sahədə təcrübəsi, Azərbaycanda bu mövzuda keçirilən tədbirlər, eləcə də bu mövzuda qarşılaşdığımız bəzi çətinliklər haqqında fikirlərini bölüşüb.Yekunda isə Könül Nurullayeva qadınların həyatın müxtəlif sahələrində qarşılaşdıqları çətinliklərin öhdəsindən gəlmək üçün parlament üzvlərinin ata biləcəyi addımlar barədə öz plan və təkliflərini tədbir iştirakçılarının nəzərinə çatdırıb.
Qeyd edək ki, ötən həftə 2 gün davam edən tədbirdə müzakirə olunan əsas məsələlər arasında cəmiyyətdə gender bərabərliyinin təmin olunması və qadınlara qarşı ayrı-seçkiliyin bütün növlərinin aradan qaldırılmasında parlament üzvlərinin aktiv iştirakının təşviqi ilə bağlı mövzular başlıca yer tutub.
Bu xəbər üçün şərh yazın