Könül Nurullayeva: "Prezidentin Gəncəyə səfəri Azərbaycanın hərtərəfli inkişafı konsepsiyasının tərkib hissəsidir"
Prezident İlham Əliyev son 18 ildə Gəncəyə 18 dəfə səfər edib. Səfərlər zamanı şəhərin infrastrukturunun yenilənməsi, sosial obyektlərin istifadəyə verilməsilə müşaiyət olunur.
Bu səfər Azərbaycanın hərtərəfli inkişaf konsepsiyasının tərkib hissəsidir. Yeni sosial obyektlərin istifadəyə verilməsi bütün bölgələrin inkişafı istiqamətində kompleks tədbirlərin həyata keçirildiyini, bütün bölgələrin şəxsən dövlət başçısının diqqət mərkəzində olduğunu göstərir. Gəncəyə gəlincə, 1990-cı illərlə müqayisədə Gəncə tamamilə dəyişib.
Bu illər ərzində şəhərdə xeyli sayda infrastruktur layihələri reallaşdırılıb. Elektrik enerjisi ilə təchizat tam öz həllini tapıb, 10 yarımstansiya tikilib və ya təmir edilib. Qazlaşdırma layihəsi tam icra edilib. 800 milyon manat dəyərində içməli su layihəsi icra edilir və bu layihə ilə Gəncənin içməli su və kanalizasiya problemləri birdəfəlik həll olunacaq.
Gəncəyə Bakıdan dəmir yolu xətti də tam modernləşdirilib. Şəhərdə 30-dan çox məktəb tikilib və təmir edilib. Dövlət Filarmoniyasının və Dram Teatrının yeni binaları tikilib. Yeni ASAN Mərkəzi isə şəhər sakinləri və ətraf rayonların əhalisinə yeni xidmət səviyyəsinə imkan yaradır. Ən vacib məqamlardan biri “ASAN xidmət" Mərkəzinin işçilərinin əsasən şəhid ailəsi üzvləri və qazilərin olmasıdır.
Bu xəbər üçün şərh yazın