Könül Nurullayeva:“İşğaldan azad olunmuş ərazilərimizdə bütün məsələlər düşünülmüş və planlı şəkildə həyata keçirilir”

Könül Nurullayeva:“İşğaldan azad olunmuş ərazilərimizdə bütün məsələlər düşünülmüş və planlı şəkildə həyata keçirilir” 

İşğaldan azad olunmuş ərazilərdə Prezident İlham Əliyev tərərfindən yaradılmış xüsusi idarəetmə strukturunun əsas fəaliyyət istiqaməti bütün neqativ halların qarşısının alınması, səmərəli və operativ idarəetmə həyata keçirilməsindən ibarətdir. Ötən gün Prezident İlham Əliyev bir daha bəyan etdi ki, bərpa prosesi ilə bağlı Əlaqələndirmə Qərargahına Prezident Administrasiyasının rəhbəri rəhbərlik edir.

 Bütün təkliflər, təşəbbüslər məhz ora göndərilməlidir. Razılaşdırılmadan işğaldan azad olunmuş ərazilərdə nümayəndəliklərin açılacağı barədə bəyanatlar özbaşınalıqldır və yolverilməzdir. Bu mənada hər kəs Prezident İlham Əliyevin bu xəbərdarlığından nəticə çıxarmalıdır. Dövlət başçısı açıq şəkildə bəyan etdi ki, xüsusilə Şuşanın bərpasında memarlar, tarixçilər, ən əsası da şuşalılar iştirak etməlidir. Çünki Şuşa məhz onların şəhəridir.Prosesdə birbaşa iştirak etmək onların haqqıdır. Dövlət başçısının bəyan etdiyi kimi, Şuşanın xüsusi plan əsasında bərpası, onun təkcə Azərbaycanın mədəniyyət mərkəzi deyil, eləcə də regionun və dünyanın mədəniyyət mərkəzlərindən birinə çevrilməsini nəzərdə tutur.

Ümumiyyətlə, işğaldan azad olunmuş ərazilərimizdə bütün məsələlər, o cümlədən də bərpa prosesi düşünülmüş və planlı şəkildə həyata keçirilir. Prezident İlham Əliyevin də bəyan etdiyi kimi, hazırda minalardan təmizləmə işləri aparılır. Bu, təhlükəsizlik və bərpa prosesinin sürətlənməsini şərtləndirən əsas faktordur. Təbii ki, işğal nəticəsində vurulmuş ziyanın qiymətləndirilməsi, infrastruktur layihələrinin, sosial obyektlərin inşası, yaşayış üçün şəraitin yaradılması əsas görüləcək işlərdir. İlkin monitorinqin nəticələrinə baxdıqda aydın olur ki, azad olunmuş ərazilərdəki infrastrukturun və  mədəni irsin 90 faizdən çoxu dağıdılıb. Bu isə o deməkdir ki, bu ərazilər tamamilə yenidən qurulacaq. Bərpa prosesi isə prezident İlham Əliyevin tapşırığına əsasən, orijinal simanın qorunması prinsipi ilə aparılacaq. Burada istər yerli, istərsə də beynəlxalq mütəxəssislərin iştirakı nəzərdə tutulur. Bərpa strategiyası azad olunan bütün ərazilərin, xüsusilə də mədəniyyət paytaxtımız Şuşanın mədəni irsinin özünə qaytarılmasını ehtiva edir. Təsadüfi deyil ki, cənab Prezident azad olunmuş ərazilərdə ilk xüsusi nümayəndəsini Şuşaya təyin etdi. Şuşa Azərbaycanın mədəniyyət paytaxtı olmaqla yanaşı, həm də bizim üçün mənəvi dəyərdir. Biz ərazi bütövlüyümüzü bərpa etdiyimiz kimi, əslərlə yaşı olan mədəni irsimizə də sahib çıxaraq, onları bərpa edəcəyik.

Faktinfo.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi