Korona xəstələri üçün 22 tibb müəssisəsi ayrıldı
Koronavirus xəstələri üçün 22 tibb müəssisəsi ayrılıb. Reanimatoloqlar, epidemioloqlar, yoluxucu xəstəliklər üzrə mütəxəssislər işə cəlb olunub. Süni tənəffüs cihazları və resurslar analiz edilib.
Bu sözləri TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Operativ Qərargahın mətbuat konfransında deyib.
O bildirib ki, Bakıda xüsusi təlimçi qruplar hazılanıb:
“Xəstəliyin qarşısının alınması çox mühümdür. Qaydalara əməl etməsək, süni tənəffüs aparatına keçən xəstələrin sayı artacaq və biz bununla bacara bilməyəcəyik”.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın