Koronavirus ağciyərlə yanaşı bu orqanı da zədələyir

Koronavirus ağciyərlə yanaşı bu orqanı da zədələyir 

Mütəxəssislər koronavirusla xəstəxanaya daxil olan pasiyentlərin 20%-də ağciyərdən əlavə ürək əzələsinin zədələnməsini də aşkar edirlər.

Bu haqda məlumat JAMA Cardiology nəşrində dərc olunub.

Ürək əzələsi miokard iltihab və infarkt zamanı zədələnir. Bir çox infeksiyalar və o cümlədən koronavirus miokardı zədələyir.

Miokardın zədələnməsi koronavirus zamanı ölüm riskini 4 dəfə artırır.

Alimlərin fikrinə görə, yeni koronavirus miokardı birbaşa zədələyir. Bunun səbəbi isə xüsusi fermet “angiotenzin”dir. Koronavirus orqanizmə daxil olmaq üçün bu fermentin reseptorlarına birləşir. Angiotenzin tənəffüs sisteminin hüceyrələri və həmçinin miokard hüceyrələrində də var. İnsan yaşlaşdıqca orqanizmdə bu fermentin miqdarı artır ki, bu da koronavirusa orqanizmə daha asan girməyə və sürətlə yayılmağa kömək edir. Məhz bu səbəbdən yaşlı insanlar koronavirusu daha ağır keçirir və koronavirusdan (cavanlarla müqayisədə) daha tez-tez ölürlər.  /Saglamolun.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər