Koronavirusa yoluxan jurnalistin anası vəfat etdı
Koronavirusa yoluxan jurnalist Anar Cəfərsoyun anası Zöhrə Cəfərova vəfat edib.
Bu barədə Sputnik Azərbaycan-a Z.Cəfərovanın yaxınları məlumat veriblər.
Bildirilib ki, Z. Cəfərova dünən axşam saat 21 radələrində Mərkəzi Neftçilər Xəstəxanasında dünyasını dəyişib. Onun 69 yaşı vardı. Mərhum Ağdamda dəfn ediləcək: "Bizə toplaşmağa icazə verilmir. Övladları Z. Cəfərovanı dəfn etmək üçün hazırda Ağdamdadırlar. Z.Cəfərova böyrək çatışmazlığından da əziyyət çəkirdi. Koronavirusa yoluxması onun səhhətini daha da ağırlaşdırdı. Xəstəlik müalicəyə tabe olmadı. Xəstə vaxtı onu süni tənəffüs aparatına da qoşmuşdular".
Qeyd edək ki, Z.Cəfərova Bakı Tikiş Evində çalışan zaman koronavirusa yoluxub. Onun oğlu A.Cəfərsoy hazırda koronavirusdan xəstəxanada müalicə alır.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın